Tanınmış şair VƏFAT ETDİ – FOTO

07:12 / 16.06.2022
Просмотров: 4179
Tanınmış şair Vaqif Səlimov vəfat edib.
Novoye-vremya.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bildirilir ki, şair bu gün 72 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, V. Səlimov Kəlbəcər rayonu Quşyuvası kəndində anadan olub.
Onun ən məşhur şerlərindən bir parçanı təqdim edirik:
Bu gün elə bil ki, tanımır məni
Dünən adam bilib əl verdiklərim.
Sürüşə-sürüşə keçir yanımdan
Yalın ayağına nal verdiklərim.