Qurban Qurbanovdan GÖZLƏNİLMƏZ QƏRAR 

19:00 / 20.02.2026 Просмотров: 1739

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Nyukasl Yunayted"- "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq.

Novoye-Vremya.com xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun yaydığı məlumatda bildirilib.

 

Qeyd edilib ki, komandanın media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək:

 

"Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq".

 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunu fevralın 24-də İngiltərədə, "St James Park" stadionunda, saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) start götürəcək./baku.ws


Другие новости

Лента новостей

Все новости
20 февраль 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA