Leykoz xəstəsi olan Nurayın vəziyyəti pisləşdi - Artıq 8 günü qaldı - VİDEO

08:09 / 25.04.2022 Просмотров: 8763

Yaşamağına 8 gün qalan balaca Nurayın həyatı hər kəsi ağladıb. Belə ki, xəstəlikdən əziyyət çəkən 11 yaşlı Nuray Əmirlinin yaşaması üçün ilik köçürülməlidir. Balaca Nurayın əməliyyatı üçün 70 min dollar pula ehtiyac var.

ARB TV-nin "Günə Doğru" verilişi yaşam mübarizəsi verən Nuray Əmirli ilə canlı bağlantı edib. Canlı bağlantı zamanı ömrünə cəmi 8 gün qalan Nurayın vəziyyəti ağırlaşıb.

Nuray Əmirli - "Sizin köməyinizlə bu xəstəlikdən qurtulub çoxlu rəqs edəcəm. Arzularım çoxdur. Böyüyüb həkim olmaq istəyirəm. Xalqımızdan mənə kömək etməyini xahiş edirəm".

Nurayın anası - "Balam gözümün önündə günü-gündən şam kimi əriyir. Keçən hər saniyə onun əleyihinədir. Xahiş edirəm hər kəs balama kömək olsun".

Qeyd edək ki, Nuray Əmirli lazım olan məbləğin yığılması üçün ARB TV-də yayımlanan "Səni Axtarıram" verilişinə müraciət edib.

Novoye-Vremya.com

 


Другие новости

Лента новостей

Все новости
26 июнь 2025

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA