Bu şəxslərin kartlarına pul köçürüldü -RƏSMİ
Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və payızda əkilən çoxillik əkmələr üzrə ümumilikdə 277 825 fermerə 810 810 hektar sahə üzrə əkin subsidiyası ödəyib.
Oxu24.com bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, hazırda payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması prosesi davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada aparılır. Subsidiyaların ödənişi davam edəcək.
Qeyd edək ki,sözügedən ödənişlər fermerlərin kart hesablarına ödənilib.
Oxu24.com-un əldə etdiyi məlumata görə,ödənilən məbləğlər müxtəlifdir.Ən çox ödəniş çəltik sahələrinə edilir.Hektara 380 manat.
Qarğıdalı sahəsi əkənlərə hektara 270 manat,darı əkənlərə 290 manat,sorqo əkənlərə 220 manat ödənilir.
Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.) İşğaldan azad edilmiş ərazilər üzrə - 400 manat,digər ərazilər üzrə 290 manat ödəniş ediləcək.
Bundan əlavə yonca sahəsinə 100-160 manat,buğda və arpa sahələrinə hektara görə 220 AZN subsidiya ödəniləcək.
Hazırladı: Nigar
Другие новости
Prezident sərəncam İMZALADI: Azərbaycanda yeni zavod tikiləcək
AzTV-nin aparıcısına vəzifə verildi
Rusiyada təyyarə qəzası: Xeyli sayda həyatını itirən var
TƏCİLİ! FHN, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi barədə mühüm qərar
Evində maşını olanların NƏZƏRİNƏ

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были