Bakıda 550 küçə yuyulub  

20:19 / 11.04.2026 Просмотров: 529

Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Bu barədə Oxu24.com-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 550 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.


Другие новости

Лента новостей

Все новости
11 апрель 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA