Azərbaycan idmanına ağır itki 

20:03 / 21.05.2025 Просмотров: 1783

Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.

 Teleqraf-a istinadən xəbər verir ki, tanınmış idman xadimi 78 yaşında ikən dünyasını dəyişib.

Cavanşir Qurbanov 1968-ci ildən idman sahəsində çalışmağa başlayıb.

O, 1972-1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru olub.

1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995-2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006 - 2017-ci ildə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.

Cavanşir Qurbanov Əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenli, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, Yasamal rayon Ağsaqqalar şurasının sədri olub.

Allah rəhmət eləsin!


Другие новости

Лента новостей

Все новости
23 май 2025

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA