"Azərbaycan Fintex Assosiasiyası" memorandumlar imzalayıb  

13:54 / 09.10.2025 Просмотров: 1340

"Azərbaycan Fintex Assosiasiyası" (AzFina) və "Türkiyə Fintex Assosiasiyası" arasında Anlaşma Memorandumu imzalanıb.

Novoye-vremya.com xəbər verir ki, imzalanma mərasimi "Bakı Fintex Forumu - 2025" çərçivəsində baş tutub.

"AzFina" həmçinin Beynəlxalq Konsaltinq Şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Sənədlər fintex sahəsində tərəfdaşlığın gücləndirilməsini, innovativ həllərin təşviqini və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

Bu sənədlər yerli və beynəlxalq səviyyədə maliyyə texnologiyalarının inkişafına töhfə verəcək./oxu.az/


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA