ABŞ klubu Nərimandan sonra daha bir azərbaycanlı üçün müraciət etdi 

08:19 / 14.03.2026 Просмотров: 233

Nəriman Axundzadəni sıralarına qatan "Kolumbus Kru" daha bir azərbaycanlı futbolçuya elçi düşüb. 23 yaşlı hücumçu ilə müqavilə bağlamış ABŞ klubu bu dəfə də "Qarabağ"ın qapısını döyüb.

MLS təmsilçisi indi də Toral Bayramovun xidmətində maraqlıdır. "Kolumbus Kru" adıçəkilən müdafiəçiyə iddiasını rəsmi surətdə ortaya qoyub. Ona görə Azərbaycan çempionuna müraciət göndəriblər. Ölkə.Az xəbər verir ki, bu barədə Sportinfo yazıb.

"Qarabağ" yaxınlarda Jeremi Qnalini AEK-dən transfer edib. Kipr klubundan alınan sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.

Fransalı legionerin gəlişindən sonra Toral Bayramovun ilk "11-lik"də yer almaq ehtimalı bir qədər də azalıb. Odur ki, "Xəzər Lənkəran"ın yetirməsinin yayda düşərgəni dəyişməsi gözlənilir.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA