Prezident onları təltif etdi - ADLAR

13:34 / 15.08.2025
Просмотров: 1670
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələri verilib.
Novoye-Vremya.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.