• Баку 17° C

    4.74 м/с

Prezidentdən mühüm FƏRMAN

09:03 / 29.09.2022 Просмотров: 3664

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Novoye-vremya.com-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

 Əsasnaməyə edilən dəyişikliyə əsasən, “Elektron kənd təsərrüfatı” informasiya sistemində “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır.

“Baytarlıq xidmətləri monitorinqi” altsistemi vasitəsilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin (baytarlıq subyektləri) qeydiyyatı və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin elektron qaydada izlənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi təmin ediləcək.


Другие новости

Лента новостей

Все новости
24 апрель 2024

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA