Tanınmış modelyer evində ölü tapıldı - Foto
Tanınmış türkiyəli modelyer Ayşəgül Eraslan yaşadığı evdə ölü tapılıb.
News24.az xəbər verir ki, hadisə İstanbulda baş verib. Məlumata görə, 27 yaşlı modelyer və sosial media fenomeni Ayşəgül Eraslandan xəbər ala bilməyən yaxınları onun evinə gəliblər. Qapını döysələr də, cavab ala bilmədikləri üçün polisə məlumat veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları mənzilə daxil olduqda Eraslanı hərəkətsiz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılan tibb işçiləri onun həyatını itirdiyini müəyyən ediblər.
İlkin araşdırmalardan sonra Ayşegül Eraslanın meyiti ekspertizaya göndərilib.
Məlumata görə, Eraslanın sosial media hesabında ölümündən əvvəl “Paylaşa bilməyəcəyim, bilmədiyiniz və sizə demədiyim şeylər olacaq. Bildiyim tək şey odur ki, mən çox yaxşı insan idim. Heç kimə pisliyim dəyməyib” yazaraq paylaşım edib.

Другие новости
Prezident sərəncam İMZALADI: 10 milyona yaxın pul ayrıldı
Nazirlər Kabineti karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Avropa Şurasından Ramil Səfərovla bağlı çağırış
Yeni fərman İMZALANDI: Agentlik ləğv EDİLDİ
ABŞ səfirliyi VURULDU- VİDEO
ABŞ klubu Nərimandan sonra daha bir azərbaycanlı üçün müraciət etdi
Лента новостей
Все новостиСамый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были