Bu ayda ardıcıl 4 gün iş olmayacaq

20:08 / 03.04.2025
Просмотров: 6726
İyun ayında qeyri-iş günlərinin sayı məlum olub.
Novoye-vremya.com xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.
Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.
Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda qeyri-iş günlərinin sayı 13 gün təşkil edəcək.
Другие новости

Azərbaycan idmanına ağır itki

Nuranənin qayınatası atasını hədələyib: 16 yaşlı gəlin borcun qurbanı olub

Pərviz: “Gecə 3-də elə adam zəng edər ki, qorxudan...” - VİDEO

Həccə yollanacaq ən gənc və ən ahıl azərbaycanlı zəvvarın yaşı açıqlandı

Həccə yollanacaq ən gənc və ən ahıl azərbaycanlı zəvvarın yaşı açıqlandı

Həccə yollanacaq ən gənc və ən ahıl azərbaycanlı zəvvarın yaşı açıqlandı
Лента новостей
Все новости
02 июнь 2025
Самый читаемый

22:51
01 июнь 2025
4538